İxrac
Tovuz Aqro, Fars Körfəzi, Türkiyə, Çin və İran bazarlarına yüksək keyfiyyətli ət məhsulları ixrac edir. İxrac üçün istehsal edilən məhsullar:
- Yarım karkas
- Tikəli mal əti
- Əla, birinci və ikinci növ blok ət
Şərq bazarı üçün nəzərdə tutulan məhsullar İslamın bütün norma və tələblərinə uyğun olaraq hazırlanır.
Biz Azərbaycandan kənarda fəaliyyət göstərən müştərilərimizə yüksək keyfiyyətli ət məhsulları tədarük etməkdə əməkdaşlıq etməyə hazırıq. Menecerlərimiz sizə fərdi əməkdaşlıq şərtləri təqdim edəcək və uzunmüddətli tərəfdaşlıq perspektivi ilə qarşılıqlı faydalı müqavilələr təklif edəcəkdir.
Azərbaycanda Satış
- Firma mağazasında ət məhsullarının sifariş edilməsi və alınması
- HoReCa şəbəkəsi üçün premium ətin topdan tədarükü
- Ət emalı müəssisələrini xammal ilə təmin etmək
- Mağazalara və satış məntəqələrinə ət tədarükü
- Françayzinq üzrə tərəfdaşlıq müqaviləsi – Öz mağazanızı açmaq üçün hazır biznes model
Azərbaycandakı tərəfdaşlarımıza müxtəlif əməkdaşlıq variantları təklif olunur. Tovuz Aqro olaraq, biz müştərilərimizə keyfiyyətli və sərfəli şərtlərlə əməkdaşlıq etməyə hazırıq.