Tovuz Aqro istehsalı

Tovuz Aqro-nun əsas xüsusiyyətlərindən biri “qapalı dövr” adlanan biznes modelidir. Bu model çərçivəsində şirkət tarlada taxılın yetişdirilməsindən tutmuş, məhsulun firma mağazalarında satışına qədər bütün istehsal mərhələlərinə tam nəzarət edir.

Bu modelin faydaları:

  1. Asılılığın aradan qaldırılması

    • İstehsal prosesi taxıl və yem tədarükçülərindən asılı olmadan həyata keçirilir.
  2. Daha yaxşı istehsal planlaşdırılması

    • İstehsal həcmi daha səmərəli şəkildə planlaşdırıla bilir.
  3. Müstəqil qiymət tənzimləməsi

    • Məhsul qiymətlərini tədarükçülərdən asılı olmadan sərbəst şəkildə tənzimləmək imkanı yaranır.
  4. Yüksək keyfiyyətə nəzarət

    • Şirkət öz tarlalarında taxıl, ot, tərəvəz və meyvə yetişdirdiyi üçün yemlərin keyfiyyətinə tam əmin olur.

Bu yanaşma Tovuz Aqro-nun məhsullarının keyfiyyətini təmin etməklə yanaşı, istehlakçıya daha sərfəli qiymətlər təqdim etməyə imkan verir.

İstiqamətlər

Organik-biznes

Bitkiçilik

Daha ətraflı məlumat

Fermerçilik

Daha ətraflı məlumat

Ət emalı

Daha ətraflı məlumat

Pərakəndə satış

Daha ətraflı məlumat

İş prinsipləri

Bütün mərhələlərə nəzarət

Tovuz rayonunun təbiəti əkinçilik və heyvandarlıq üçün ideal şərait yaratmışdır. Səlahiyyətli mütəxəssislər elə bir iş qurdular ki, istehsal üçün bütün xammalı özümüz yetişdirək – təbii, yüksək keyfiyyətli, təzə. İstehsalın hər bir mərhələsini yalnız müstəqil şəkildə idarə edərək, mükəmməl məhsula zəmanət verə bilərik və qarşınızdakı keyfiyyətə görə tam məsuliyyət daşıyırıq.

Resurslara diqqətli münasibət

Düzgün planlaşdırma  uğurumuzun əsasını təşkil edir: Tovuz Aqro mütəxəssisləri əkin, məhsul yığımı, gübrə və mineral maddələr üçün plan və əkinlərin dəyişdirilməsi cədvəli hazırladılar. Müasir kənd təsərrüfatı işi elmi hesablamalara, qabaqcıl texnologiyaların və avadanlıqların yalnız məhsul yığımı üçün deyil, həm də böyümə göstəricilərinin izlənməsinə əsaslanmışdır.

Planlaşdırma

Hər il məhsulumuzun layiqli barını yığmağı necə öyrəndik? Buradakı sirr ondan ibarətdir ki, biz yalnız günəşli Tovuz bölgəsinin təbii sərvətlərindən istifadə etmirik, həm də bərəkətinə görə torpağa təşəkkür edirik: torpaqdan diggətlə istifadə edirik, münbitliyini bərpa edirik və qoruyurug.

Təbiilik

Nəticədə, heyvandarlıq üçün öz məhsulumuzdan yüksək keyfiyyətli yem istehsal edirik ki, bu da böyümə stimulyatorlarının istifadəsini tamamilə aradan qaldırır. Bütün il boyu inəklərimiz yalnız xammalımızdan hazırlanan təbii yem ilə təmin olunur.